Aşpaz

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəyyən olunmuş menyu əsasında birinci, ikinci və üçüncü yeməklərin hazırlanması;
  • Qida məhsullarının keyfiyyətinə, saxlanma şəraitinə və istifadə müddətinə nəzarət
  • İstehsal zamanı texnoloji kartlara və resept standartlarına uyğunluğun təmin edilməsi;
  • Yeməklərin hazırlanmasında istifadə edilən avadanlıqların təmiz və saz vəziyyətdə saxlanmasına nəzarət;
  • Mətbəx işçilərinin fəaliyyətinə rəhbərlik etmək və iş bölgüsünü təmin etmək (əgər rəhbər aşbaz kimi çalışırsa);
  • Sanitariya və gigiyena normalarına riayət olunmasına şərait yaratmaq;
  • İşin sonunda istifadə olunan avadanlıqların və iş yerinin təmizlənməsini təşkil etmək.

Namizədə tələblər:

  • Qida sektorunda, xüsusilə catering xidmətində minimum 2 il aşbaz vəzifəsində praktik iş təcrübəsi;
  • İsti mətbəx məhsullarının hazırlanması texnologiyasını və çeşidlərini yaxşı bilmək (klassik və müasir salatlar, diyetik salatlar, vegan salatlar və s.);
  • Qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını dərindən bilmək və əməl etmək;
  • Yüksək diqqətlilik, məsuliyyətlilik və operativlik;
  • Fiziki dözümlülük və təmizliyə xüsusi diqqət yetirmək bacarığı;
  • Stressə davamlılıq və kütləvi sifarişlər zamanı sürətli işləmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı və iş intizamına ciddi yanaşma.

İş şəraiti:

  • Ünvan: Bakı şəhəri
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
  • İş yeri bütün sanitariya və gigiyena normalarına uyğun təchiz olunmuşdur;
  • Dost və peşəkar kollektivdə işləmək imkanı;
  • Uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi.

Əmək haqqı: 800 AZN 

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat üçün +994103114152 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məktubun mövzu hissəsində “Aşpaz vakansiyası” qeyd olunmasını xahiş edirik.

 

BEST FOOD CATERİNG MMC tərəfindən digər vakansiyalar