İşin təsviri
Vəzifə öhdəlikləri:
- Menyuların və menyu üzrə yeməklərin hazırlanması, hazırlanmasına və keyfiyyətinə, tabeliyində olan işçilərə nəzarət edilməsi
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Yəməklərin vaxtında hazırlanması, hazırlanmasına nəzarət edilməsi və təqdim edilməsi;
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
- Yəməklərin maya dəyərinin hesablanması və yeni yemək reseptlərinin hazırlanmasında iştirak;
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək;
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək;
- Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq;
- Müvafiq ərzaq sifariş etmək ;
- Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.
Namizəddən tələblər:
- Kişi / Qadın
- Catering sistemində aşpaz kimi minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə peşə təhsili;
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
- Milli mətbəx və xarici mətbəxi peşəkar səviyyədə bilməli;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
- Həftəlik menyunu tərtib etmək, mətbəxdə çalışan işçiləri idarə etmək və iş bölgüsü aparmaq;
İş şəraiti:
- Bakı şəhəri
- Əmək haqqı: 1400 AZN
- İş saatı: 8 saat, 6 günlük iş rejimi
Əlaqə: +994103114152 ( Whatsapp)
Email: [email protected]