İşin təsviri
Vəzifə öhdəlikləri:
- Günlük menyuya uyğun olaraq müxtəlif növ salatların, soyuq qəlyanaltıların və qarnirlərin hazırlanması;
- Kütləvi tədbirlər, banketlər, korporativ sifarişlər və gündəlik yemək paylamaları üçün nəzərdə tutulmuş porsiyalı və ya bufet tərzində təqdim olunan salatların vaxtında və keyfiyyətli şəkildə hazırlanması;
- Hazırlanacaq məhsulların texnoloji kartlar (reseptura) əsasında düzgün nisbətlərdə və düzgün ardıcıllıqla hazırlanması;
- İstifadə olunan ərzaqların təzəliyinə və saxlanma şəraitinə daim nəzarət edilməsi;
- Hazırlıq sahəsinin, alət və avadanlıqların gigiyena və sanitariya qaydalarına uyğun təmiz saxlanması;
- Tərəvəzlərin yuyulması, doğranması, marinadlanması və digər ilkin emal proseslərinin həyata keçirilməsi;
- Tullantıların düzgün idarə olunması və israfın minimuma endirilməsi;
- Lazımi məhsulların sifariş siyahısının vaxtında aşpaz rəhbərliyinə bildirilməsi;
- Komanda daxilində mədəni və operativ işləmə bacarığı.
Namizədə tələblər:
- Qida sektorunda, xüsusilə catering xidmətində minimum 2 il salatçı vəzifəsində praktik iş təcrübəsi;
- Soyuq mətbəx məhsullarının hazırlanması texnologiyasını və çeşidlərini yaxşı bilmək (klassik və müasir salatlar, diyetik salatlar, vegan salatlar və s.);
- Qida təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını dərindən bilmək və əməl etmək;
- Yüksək diqqətlilik, məsuliyyətlilik və operativlik;
- Fiziki dözümlülük və təmizliyə xüsusi diqqət yetirmək bacarığı;
- Stressə davamlılıq və kütləvi sifarişlər zamanı sürətli işləmə qabiliyyəti;
- Komandada işləmək bacarığı və iş intizamına ciddi yanaşma.
İş şəraiti:
- Ünvan: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri bütün sanitariya və gigiyena normalarına uyğun təchiz olunmuşdur;
- Dost və peşəkar kollektivdə işləmək imkanı;
- Uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi.
Əmək haqqı: 800 AZN
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlavə məlumat üçün +994103114152 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Məktubun mövzu hissəsində “Salatçı vakansiyası” qeyd olunmasını xahiş edirik.