Təchizat üzrə mütəxəssis

İşin təsviri

Əmək funksiyaları:

  • Təchizat proseslərinin təşkil olunması və idarə edilməsi
  • Tələb olunan mal və xidmətlər üzrə bazar araşdırmasının aparılması
  • Təchizatçılarla danışıqların aparılması və müqavilələrin bağlanması
  • Sifarişlərin yerləşdirilməsi, alınması və vaxtında təhvili üzrə nəzarət
  • Stok və anbar ehtiyatlarının idarə olunması
  • Rəhbərliyə hesabatların təqdim olunması
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Satınalmanın həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirmək;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparılmaq və optimal təklifin rəhbərliyə təqdim etmək;
  • İcra olunan əməliyyatların reyestrini aparmaq;
  • Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi. Təchizat sənədlərinin düzgünlüyünün təmin olunması və arxivləşdirilməsi;
  • Daxili bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi.
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
  • İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;

Təklif etdiyimiz imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və öyrədici mühit
  • Karyera yüksəlişi və inkişaf perspektivi

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadiyyat, logistika və ya müvafiq sahələr üzrə)
  • Təchizat və ya logistika sahəsində minimum 2 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı
  • ERP və ya 1C kimi proqramlarla işləmə bacarığı üstünlükdür
  • Analitik düşüncə və müzakirə aparmaq bacarığı
  • Operativlik, məsuliyyətlilik və dəqiqlik

Üstünlük sayılacaq:

  • Telekommunikasiya və ya istehsalat sahəsində təchizat üzrə təcrübə

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü (6/7)
  • Əmək haqqı: 800 AZN

Əlaqə: +994103114152 (WhatsApp)

Mail: [email protected]

 

BEST FOOD CATERİNG MMC tərəfindən digər vakansiyalar