İşə qəbul üzrə mütəxəssis

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Şirkətin istedadların idarə edilməsi prosesini uğurla həyata keçirmək;
  • İşə qəbul prosesinə riayət edərək, işə qəbulun sürətini və keyfiyyətini təmin etmək;
  • Potensial namizəd hovuzunu yaratmaq və müntəzəm olaraq yeniləmək;
  • Sosial media platformalarından istifadə edərək, şirkətə uyğun namizədləri cəlb etmək;
  • Müsahibə, test və namizədlərin seçilməsi prosesini peşəkar şəkildə təşkil etmək;
  • Müxtəlif işə qəbul və təcrübə layihələrini təklif etmək və uğurla həyata keçirmək;
  • Təhsil müəssisələri ilə əməkdaşlıqları irəli sürmək və əlaqələr qurmaq;
  • HR verilənlər bazası, namizəd izləmə və idarəetmə sistemləri ilə effektiv işləmək;
  • Həftəlik, aylıq və rüblük hesabatları hazırlamaq;
  • İşə götürmə metrikalarını diqqətlə izləmək və təhlil etmək;
  • İşə götürən brendinin gücləndirilməsi məqsədilə müvafiq töhfələr vermək;
  • Daxili müştərilərlə sıx əməkdaşlıq təmin etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İşə qəbul üzrə ən azı 2 (iki) il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə
  • Xarici dil bilikləri:, İngilis dili və rus dili: yüksək səviyyədə
  • Üstünlüklər: SHRM, HRCI beynəlxalq serfitikatlarının olması
  • Kompüter bilikləri: MS Office: əla

İmtiyazlar:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi