İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan zəngləri qəbul etmək və onlara BOKT-un məhsul və xidmətləri haqqında ətraflı məlumat vermək
- Müştəri suallarını və şikayətlərini operativ şəkildə cavablandırmaq və müvafiq şöbələrə yönləndirmək
- Kredit məhsulları, faiz dərəcələri, sənədləşmə prosesi və digər xidmətlərlə bağlı düzgün yönləndirmə aparmaq
- Gələn zənglərin sistemdə qeydiyyatını aparmaq və hesabatları hazırlamaq
- Mövcud və potensial müştərilərlə effektiv ünsiyyət quraraq müsbət təəssürat yaratmaq
- Daxili təlimlərdə iştirak etmək və təşkilatın qaydalarına və standartlarına uyğun işləmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı bacarığı
- İngilis dili bilikləri əlavə üstünlükdür
- Müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi (üstünlükdür)
- Ünsiyyətcil, səbirli və diqqətli olmaq
- Komandada işləmək və stress altında qərarvermə bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
İş şəraiti:
- İş yeri: Monetri BOKT MMC – Baş ofis Ağ şəhər
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00 – 18:00)
- Əmək haqqı net: 800 AZN və bonus
- Stabil və rəsmi əmək müqaviləsi əsasında işə qəbul
Müraciət üçün: CV-nizi Müraciət Et butonunda qeyd olunan Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Çağrı mərkəzi operatoru” başlığı ilə göndərin.