İşin təsviri
Namizədə tələblər:
- Təcrübə: 1-3 il satış sahəsində (mütləqdir);
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan dili səlis,Rus dili arzuolunandır;
- Ofis proqramı bilikləri: S Word,MS Excel;
- Aydın və dəqiq danışıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı.
Vəzifə Öhdəlikləri:
- Qaynar xəttə daxil olan zəngləri cavablandırmaq və daxili sistemdə qeydiyyatını aparmaq;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmək ,müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
- Ünvan: Zərifə Əliyeva 55.
Uyğun namizədlərdən CV-lərini “Çağrı mərkəzi üzrə mütəxəssis” başlığı altında elektron poçt ünvanına göndərməkləri xahiş olunur.