Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (tibb təhsili arzuolunandır);
Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (ali tibb təhsili olduqda təcrübə tələb olunmur);
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
Ofis proqramları üzrə biliklər;
Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
Problem həlletmə bacarığı;
Konfliktlərin idarəedilməsi;
Operativlik.
Görəcəyiniz işlər:
Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
Müraciət vərəqinin hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi (istirahət günləri çərşənbə və cümə axşamı);
İş vaxtı: 00:00-09:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 08.10.2024-cü il;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən digər vakansiyalar