Aşpaz (Chef De Partie)

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Menyu üçün xammalın miqdarını müəyyən etmək və hazırlamaq, reseptlərə və texniki şərtlərə uyğun olaraq keyfiyyət və üslub tələblərini təyin etmək
  • Alınan məmulatların kəmiyyətini və keyfiyyətini yoxlamaq
  • Ərzaq məmulatlarını xidmət üçün hazır vəziyyətdə saxlamaq.
  • Hazırlanan yeməklər üçün tələb olunan inqrediyentləri hesablamaq
  • Növbəti mərhələlərdə istifadə edilməsi üçün ət və s. bu kimi məmulatları ilkin bişirmək
  • Banketlər və ziyafətlər üçün müxtəlif yeməklər bişirmək;
  • Müxtəlif mətbəx alət və avadanlıqlarından istifadə etməklə müvafiq reseptlərə və ya fərdi ideyalara uyğun olaraq inqrediyentləri çəkmək, ölçmək və qarışdırmaq
  • Sobaların, ocaqların, qrillərin və qızartma aparatlarının temperaturunu tənzimləməklə ərzağın düzgün temperaturda saxlanıldığını və bişirildiyini təmin etmək
  • Ərzaq və inqrediyentlərin təzəliyini təmin etmək üçün onların keyfiyyətini yoxlamaq, köhnə və yeni məmulatları izləmək və ehtiyatları yeniləmək.
  • Müvafiq standartlara və ya xüsusi hazırlanmış reseptlərə uyğun olaraq ərzağı bişirmək.
  • Eyni zamanda bir neçə sifariş üzrə işləyən zaman hər bir müştəri tərəfindən verilən sifarişi dəqiq şəkildə hazırlamaq;
  • Mətbəxin ehtiyatlarına nəzarət etmək və ehtiyatlar azalan zaman Baş aşpaza məlumat vermək.
  • Xammaldan, elektrik enerjisindən qənaətlə istifadə etmək
  • İstifadə edilən və təchiz edilən ərzağa dair qeydlər aparmaq.
  • Rəhbərliyin buyurduğu digər tapşırıqları icra etmək.

Tələblər

  • Müvafiq sahədə iş təcrübəsi;
  • Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
  • Komandada işləmək bacarığı:

Mövcüd vakansiya ilə maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına yönləndirə bilərlər. Vakansiyanın adını emailin mövzu hissəsində qeyd etməyiniz xahiş olunur.

Qafqaz Baku City Hotel and Residences tərəfindən digər vakansiyalar