İşin təsviri
Vəzifə öhdəlikləri
- Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona təqdim edilmiş menyu barəsində lazımi məsləhətlər vermək:
- Qonaqları masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək;
- İçki və yemək seçməkdə qonaqlara yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək;
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək üçün sistemə əlavə etmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
- Qonaqlara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək və onların masalarının təmizliyinə görə məsuliyyət daşımaq:
- Menyu barəsində əvvəlcədən məlumatlı olmaq və qonaqlara düzgün təqdim etmək:
- Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək
- Məişət avadanlıqlarını qaydalara uyğun istifadə etmək və təmiz saxlamaq:
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;
Tələblər
- Müvafiq iş təcrübəsi;
- Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi;
- Satış etmə bacarığı;
- Komandada işləmək bacarığı:
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis və rus dil bilikləri üstünlükdür.
Mövcüd vakansiya ilə maraqlanan şəxslər CV-lərini [email protected] email ünvanına yönləndirə bilərlər. Vakansiyanın adını emailin mövzu hissəsində qeyd etməyiniz xahiş olunur.