Santexnik

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Xidmət olunan isitmə sistemlərinə, su təchizatına, kanalizasiya sisteminə, qaz təchizatına, sanitar qovşaqları və hamam otaqlarına nəzarət, onların saz vəziyyətdə olmasını və vaxtında keyfiyyət təmirini və ya yenilənməsini təmin etməli;
  • İsitmə sisteminin, sanitar texniki sistemlərinin, su təchizatı, kanalizasiya sisteminin, su boruları, eləcə də bütün boru kommunikasiyaların, onların mürəkkəb detallarının, qovşaqlarıının sökülməsi və yığılmasını həyata keçirməli;
  • Müəssisənin nasaz olan və ya sıradan çıxmış boru xətlərinin vaxtında və keyfiyyətli şəkildə təmirini həyata keçirməli;
  • Təmirdən sonra texniki sistemlərin və fitinqlərin sınağını həyata keçirməli;
  • Texnoloji avadanlıqların yuyularaq təmizlənməsini həyata keçirməli;
  • Yanğındansöndürmə stansiyasında nasoslara və su çənlərinə nəzarət etməli;
  • Tərkib hissəsində mikserə gedən suyun temparaturuna və təzyiqinə nəzarət etməli və ehtiyac yaranarsa tənzimləmə işlərini həyata keçirməli;
  • Müəssisənin bütün kommunikasiya xətlərinin nasazlıqlarının aradan qaldırılması üçün tələb olunan mal və materialların alınması üçün bölmə rəhbərini vaxtında məlumatlandırmalı;
  • Gündəlik texniki yoxlama vərəqində qeydlərini apararaq bölmə rəhbərinə təhvil verməli;

Tələblər

  • Müvafiq sahə üzrə peşə təhsili;
  • Tələb olunan vəzifə üzrə istehsalatda minimum 1-3 il iş təcrübəsi;
  • Fiziki və əl əməyindən istifadə də dözümlülük;
  • Müstəqil və komanda da işləmək bacarığı;
  • Problemlərə çevik yanaşma və detallara uzunmüddətli fokuslanmaq bacarığı;
  • Effektiv işləmə, öyrənmək və yeniliyə açıq olmaq
  • Divar tipli qazanların iş prinsipindən anlayışı olmaq şərtdir.
  • Qazanxana sertifikatı tələb olunur.

Mövcüd vakansiya ilə maraqlanan şəxslər CV-lərini email ünvanına yönləndirə bilərlər. Vakansiyanın adını emailin mövzu hissəsində qeyd etməyiniz xahiş olunur

Qafqaz Baku City Hotel and Residences tərəfindən digər vakansiyalar