İşin təsviri
Vəzifə öhdəlikləri
- Santexnika avadanlıqlarının müntəzəm, texniki cəhətdən düzgün, tələb olunan formada işləmə qabiliyyətini təmin etmək;
- Şirkətə məxsus olan mal-material və avadanlığa mütəmadi olaraq nəzarət etmək;
- Sistemlərin işindəki nasazlıqların aradan qaldırılması, təmiri, quraşdırılması və sınaqdan keçirilməsini həyata keçirmək;
- Yaranmış nasazlıqların aşkarlanıb aradan qaldırılması.
- Təmir edilmiş əşyaların texniki xüsusiyyətlərə uyğunluğunu yoxlamaq və iş yeri, avadanlıqlar barədə qeydləri iş sahəsinin tələblərinə uyğun olaraq tamamlamaq;
- Hotel daxili bütün ərazinin hazır vəziyyətə gətirilməsində istifadə olunan və digər əsas materialların müxtəlif növlərinin xarakteristik xüsusiyyətlərini bilmək.
Tələblər
- Müvafiq sahədə təhsil və ya sertifikatların olması;
- Sahə üzrə iş təcrübəsinin olması mütləqdir (Hotel sferasında təcrübəsi olan namizədlərə üstünlük veriləcək).
Qrafik
- İş qrafiki: Saat 09:00-09:00 olmaqla, bir gündən bir iş qrafiki;
- Əmək haqqı: 700-800AZN.
Maraqlanan şəxslər CV formalarını [email protected] ünvanına və ya +994102347111 wp nömrəsinə göndərə bilər.