İşin təsviri
                
                
                                
                Məsuliyyətlər və vəzifələr:
	- Cəmiyyətin xidmət və məhsullarından istifadə edən müştərilərə professional yardım göstərmək;
- Müraciət edən şəxs və təşkilatları dinləmək, problemlərini araşdırmaq və lazımi tədbirləri təmin etmək; 
- Müştərilərə koorporativ standartlara uyğun olaraq müraciət etmək; 
- Daxil olan sorğuları qəbul etmək, müvafiq şəxslərə yönləndirmək və cavab aldıqdan sonra problemin səbəbini və aradan qaldırılmasını qeyd etmək; 
- Telefon və elektron poçt vasitəsi ilə müştərilərdən sifariş qəbul etmək və qeydiyyatını müvafiq proqrama aparmaq; 
- Müraciətləri texniki tərəfdən düzgün qiymətləndirmək, məsləhətlər vermək, problemlərin maksimum operativ sürətdə həllini təmin etmək; 
- Rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək.
Tələblər: 
	- Ali təhsil 
- Kompüter ilə aktiv işləmə bacarığı 
- Azərbaycan və rus dili səlis, ingilis dili arzuolunandır. 
- 1 ildən az olmayan iş təcrübəsi 
- Kişi namizəd 
Fərdi keyfiyyətləri: 
	- Nəzakətli olmaq 
- Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmalıdır 
- Səbrli və təmkinli 
- Aydın və səlis nitq qabiliyyəti 
- Müştərilər ilə xoş danışıq 
- Tapşırıqları operativ icra etmə qabiliyyəti 
- Kollektivdə işləmə bacarığı
Əlavə məlumatlar:
	- Korporativ nömrə və danışıq balansı;                                                
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərin CV formasını Subject/Mövzu hissəsində “Müştəri xidmətləri üzrə operator” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.