İşin təsviri
Namizədə tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Mühasib kimi 3- 5 il iş təcrübəsi;
- Yaş : 25-40
- Vergi Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından, e-taxes sistemindən sərbəst istifadə qabiliyyəti;
İş haqqında:
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Bank əməliyyatlarının həyata keçirilməsi;
- Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi
- Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
İş şərtləri:
- Həftə içi 5 gün, 09:00-18:00
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcək
İş yeri: Bakı şəhəri, Yasamal rayonu,Həsən bəy Zərdabi küçəsi 78 V
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” sözünü qeyd edərək göndərsinlər.