İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan telefon sorğularının cavablandırılması və müvafiq əməliyyatların aparılması;
- Müştəriyə xidmətlər barəsində lazımi məlumatların təqdim edilməsi;
- Müştərilərdən daxil olan təklif və şikayətlərin qəbulu və sistemdə qeyd olunması;
- Zəruri informasiyanın alınması məqsədilə müştərilərlə əlaqənin yaradılması (informative xarakterli zənglər, sorğu/anket);
- Müştərilərin müraciətlərinin qeydiyyatının aparılması və aidiyyətı üzrə yönləndirilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi arzuolunandır.
- Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili arzuolunandır.
- Səlis nitq qabiliyyəti;
- Güclü ünsiyyət bacarığı;
- MS Office programları üzrə biliklər.
İş rejimi:
Üstünlüklərimiz:
- Rəqabətli əmək haqqı;
- Professional inkişaf üçün təlimlərin təşkili.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır;
- AR Qanunvericiliyinə əsasən rəsmiləşdirmə.
Vakansinın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Çağrı mərkəzinin operatoru” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.