İnformasiya Təhlükəsizliyi Meneceri ( İnformation Security Manager )

  • MegaSec
  • Elanın qoyulma tarixi: 30.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Kibertəhlükəsizlik İT və ya GRC sahələrində ən azı 1 il iş təcrübəsi;
  • İnformasiya təhlükəsizliyi, Kompyüter elmləri və ya əlaqəli sahədə ali təhsil;
  • Vendorların texniki tərəflərini idarə etmək və onlarla əlaqələr yaratmaq təcrübəsi;
  • Yüksək analitik və problem həll etmə bacarıqları;
  • Kommunikasiya və liderlik qabiliyyəti;
  • ⁠Azərbaycan və Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları; digər xarici dillər üstünlük təşkil edir;

Vəzifələr:

  • ⁠İnformasiya təhlükəsizliyi layihələrinin tətbiqini idarə etmək və təhlükəsizlik risklərini minimuma endirmək;
  • Təhlükəsizlik siyasətləri və prosedurlarının hazırlanmasına dəstək göstərmək;
  • Texniki komandalarla birlikdə təhlükəsizlik infrastrukturunun inkişafını təmin etmək;
  • ⁠C-Level rəhbərliklə müntəzəm olaraq təhlükəsizlik məsələləri və layihələr barədə məlumatlılıq və hesabatlar təqdim etmək;
  • Vendorların texniki tərəflərini izləmək, onların xidmət keyfiyyətini və uyğunluğunu təmin etmək;
  • Təhlükəsizlik boşluqlarını müəyyənləşdirmək və müvafiq həllər təklif etmək;
  • Şirkət daxilində və müştərilər arasında təhlükəsizlik və uyğunluq məsələlərinə dair məsləhət vermək;
  • Risklərin təhlili və qiymətləndirilməsi, uyğun risk idarəetmə strategiyalarının hazırlanması;
  • Təhlükəsizlik layihələrini idarə etmək və bu layihələrin uğurlu həyata keçirilməsini təmin etmək;
  • Vendor və tərəfdaşlarla müzakirələr aparmaq və müqavilə şərtlərini idarə etmək;
  • Müştəri və daxili hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək.

Əmək haqqı:

  • Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. 

İş rejimi:

  • 5 günlük iş rejimi olaraq ofisdə işləmək.
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;