İşin təsviri
Vəzifə öhdəlikləri:
- Satış prosesinin idarə edilməsi, müştəri ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsul və xidmətlər təqdim etmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin genişləndirilməsi üçün satış strategiyalarının icrası;
- İnformasiya təhlükəsizliyi, İT məhsulları və xidmətləri üzrə təkliflər hazırlamaq və müştərilərə təqdim etmək;
- İT məhsulları və xidmətləri üzrə satılan həlləri düzgün təqdim edərək, müştəriləri məlumatlandırmaq və onları satın almağa təşviq etmək;
- Satış fəaliyyətləri barədə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış sonrası müştəri dəstəyi ilə əməkdaşlıq etmək və müştəri məmnuniyyətinin artırılmasına kömək etmək;
- Texniki və vendor komandaları ilə sıx əməkdaşlıq edərək müştəri layihələrinin uğurla həyata keçirilməsini təmin etmək;
- Müştərilərlə müqavilə şərtlərinin müzakirə edilməsi və müqavilə prosesinin idarə edilməsi;
- Satış komandası ilə birgə işləyərək ümumi satış hədəflərini həyata keçirmək və komanda daxilində əməkdaşlıq etmək.
Tələb olunan bilik və bacarıqlar:
- İnformasiya təhlükəsizliyi, İT məhsulları və xidmətlərinin satışı və əlaqəli sahədə ən azı 2 il iş təcrübəsi;
- Biznesin idarə edilməsi, Kompüter elmləri və digər əlaqəli sahələr üzrə ali təhsil;
- B2B satış təcrübəsi və müştəri ehtiyaclarını anlama bacarığı;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- İş prosesləri və əlaqəli xidmətlər üzrə yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
- Azərbaycan və Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Digər xarici dillər üstünlük təşkil edir;
- Analitik düşüncə və satış analizləri aparmaq bacarığı.
İş rejimi:
- 5 günlük iş həftəsi;
- Saat 09.00-dan 18.00-kimi.
Üstünlüklərimiz:
- Rəqabətli əmək haqqı;
- Professional inkişaf üçün təlimlərin təşkili.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır;
- AR Qanunvericiliyinə əsasən rəsmiləşdirmə.
Vakansinın tələblərinə uyğun gələn namizədlər CV-lərini mövzu hissəsində “Satış Mütəxəssisi” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər