Çağrı Mərkəzi Mütəxəssisi

  • Ekvita
  • Elanın qoyulma tarixi: 16.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təlim iştirakçıları ilə əlaqə:
  • Biznes təlimlərində, qiymətləndirmə görüşlərində və peşə təlimlərində iştirak etmək üçün telefon zəngləri vasitəsilə Təlim iştirakçıları ilə əlaqə saxlamaq;
  • Təlimlər, onların faydaları və bütün digər prosedurlar haqqında məlumat vermək;
  • Təlim iştirakçılarının şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi. Həmçinin Excel sistemdə müvafiq qeydlərin yazılması;
  • Rəhbər şəxsə biznes və peşə təlimi üçün hazır qruplar barədə məlumat vermək.
  • İnzibati dəstək:
  • Məlumat bazasında təlim iştirakçıları və onlarla olan əlaqə haqqında məlumatların dəqiq və nizamlı uçotunu aparmaq;
  • Təlim iştirakçılarının iştirakı ilə bağlı bütün proseslərin yerinə yetirildiyinə əmin olmaq;
  • Məlumatların daxil edilməsi və sənədlərin hazırlanması da daxil olmaqla Layihə İdarəetmə departamentinə inzibati dəstək vermək.

 Tələblər:

  • Ali təhsil diplomu və ya ekvivalenti
  • Çağrı Mərkəzində və ya müştəri xidmətində təcrübə üstünlükdür;
  • Azərbaycan dilində həm şifahi, həm də yazılı güclü ünsiyyət bacarıqları;
  • Mükəmməl kommunikasiya və müştəri yönümlü yanaşma;
  • Empatiya və təlim iştirakçıların məqsədlərinə çatmasına kömək etmək üçün səmimi istək.

CV-nizi “Çağrı Mərkəzi” başlığı ilə elektron ünvanına göndərməyiniz xahiş olunur.