İşin təsviri
Vəzifə tələbləri:
- Ali təhsilli
- Azərbaycan, Rus dillərində səlis danışıq qabiliyyəti, İngilis dili biliyi arzuolunandır
- Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi.
- Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı
- Yaş həddi: 18-30
- Yanlız xanım namizədlər
- Komandada işləmə bacarığı
- Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı
Vəzifə öhdəlikləri:
- Müxtəlif əlaqə kanalları üzərindən daxil olan sorğuların emal edilməsi və cavablandırılması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların Sistem üzərindən gündəlik icra edilməsi
- Müştərilərin sifarişlərində yaranan problemlərin araşdırılması, yaranmış çətinliklərdə müştəriyə dəstək olmaq.
- İş kollektivi ilə səmimi, mehriban münasibət yaratmaq.
İş şəraiti:
- İş günləri: Həftənin 1-7-ci günləri
- İş vaxtı: 19:00-23:30 (Həftə içi)
- 18:00-23:00 (Şənbə günü)
- 12:00-19:00 (Bazar günü)
- Ünvan : Bakı ş, Şeyx Şamil küç.16 (İçəri Şəhər metrosunun yaxınlığı)
- Əmək haqqı 400-450 AZN, iş təcrübəsinə əsasən təyin edilir.
Maraqlanan şəxslər öz CV-lərini “ Müştəri xidmətləri / Çağrı mərkəzi ” başlığı altında göndərə bilərlər.