Korporativ satış üzrə assistent

İşin təsviri

Namizədə olan tələblər: 

  • Təhsil: Ali təhsil;
  • Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
  • MS Word və MS Excel proqramları üzrə bilik; 
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı; 
  • 1C proqramında işləmək bacarığı olmalı; 
  • Satış sahəsində 1 ilə qədər iş təcrübəsi arzuolunandır.

Vəzifə öhdəlikləri:

  • Alqı-satqı müqaviləsinin və qiymət razılaşdırılma protokolunun hazırlanması və şirkətdaxili rəsmi təsdiqlənmənin təmin edilməsi; 
  • Korporativ müştərilərlə qarşılıqlı borclar üzrə üzləşmə aktlarının hazırlanması və satış mütəxəssisinə şirkətdaxili təsdiqlənmənin təmin edilməsi; 
  • Sifarişlərin 1C proqramına daxil olunması və məhsulların müştəriyə çatdırılması üçün korporativ satış tərəfindən tələb olunan sənədlərin təmin olunması; 
  • Korporativ müştərilərlə rəsmi sənədlərin yerdəyişməsinə və arxivləşdirilməsinə nəzarət edilməsi; 
  • Anbarda olmayan məhsullar üzrə korporativ satış qiymətinin təyin olunmasının təmin edilməsi; 
  • Kommersiya təkliflərinin hazırlanmasında satış mütəxəssislərinə dəstək olunması; 
  • Aylıq,rüblük və illik korporativ satış hesabatlarının hazırlanmasına dəstək olunması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 637 – 700 AZN nett;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə assistent” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.