Satınalma və tender sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;
“İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı;
Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
Bazar araşdırması etməyi bacarmalı.
Vəzifə öhdəlikləri:
Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Tender işlərinin aparılması;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
Karyera inkişafı imkanları və mehriban kollektiv.
Caspian Equipment Company tərəfindən digər vakansiyalar