İşin təsviri
Əsas tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Rus və ya İngilis dillərindən ən az birini bilmək;
- Excel və 1C proqramlarında işləmək bacarığı.
Vəzifə funksiyaları:
- Bazar araşdırmaları aparmaq, yeni imkanları müəyyən etmək və rəhbərliyə təkliflər vermək;
- Yeni müştərilər tapmaq və biznes əlaqələri qurmaq;
- Satış məlumatlarını daxil etmək və anbar-əməliyyatlarını izləmək;
- Satış həcmini artırmaq üçün tədbirlər təklif etmək;
- Müştəri məmnuniyyəti və loyallığını təmin etmək;
- Gecikən müştərilərlə danışıqlar aparmaq və zərurət olduqda rəsmi tədbirlərə müraciət etmək;
- Hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yeni məhsulları müştərilərə təqdim etmək, sorğu və şikayətləri cavablandırıb aidiyyəti şəxslərə yönləndirmək.
İş şərtlərimiz:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatları: 08:30-17:30;
- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ;
- Nahar və servis xidməti mövcuddur
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə kiçik mütəxəssis” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.