İşin təsviri
                
                
                                
                Əsas tələblər:
	- Ali təhsil;
 
	- Satış sahəsində minimum 1 il iş təcrübəsi;
 
	- Rus və ya İngilis dillərindən ən az birini bilmək;
 
	- Excel və 1C proqramlarında işləmək bacarığı.
 
	- Şəxsi avtomobil
 
Vəzifə funksiyaları:
	- Bazar araşdırmaları aparmaq, yeni imkanları müəyyən etmək və rəhbərliyə təkliflər vermək;
 
	- Yeni müştərilər tapmaq və biznes əlaqələri qurmaq;
 
	- Satış məlumatlarını daxil etmək və anbar-əməliyyatlarını izləmək;
 
	- Satış həcmini artırmaq üçün tədbirlər təklif etmək;
 
	- Müştəri məmnuniyyəti və loyallığını təmin etmək;
 
	- Gecikən müştərilərlə danışıqlar aparmaq və zərurət olduqda rəsmi tədbirlərə müraciət etmək;
 
	- Hesabat hazırlamaq və rəhbərliyə təqdim etmək;
 
	- Yeni məhsulları müştərilərə təqdim etmək, sorğu və şikayətləri cavablandırıb aidiyyəti şəxslərə yönləndirmək.
 
İş şərtlərimiz:
	- İş qrafiki: Həftə içi 5 gün;
 
	- İş saatları: 08:30-17:30;
 
	- İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz) ;
 
	- Nahar və servis xidməti mövcuddur
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmək və ya link https://careers.ram.az/?vacancy=1870&source=UC_HBS8ZI vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur.