İşin təsviri
İşin təsviri:
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq, istiqaməti üzrə ünvanlandırmaq və cavablandırmaq;
- Ödəniş cədvəllərində ödəniş məlumatlarının yoxlanılması, ödəniş edənlərin məlumatlarının qeyd edilməsi
- İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
- Zəruri məlumatları telefon vasitəsi ilə təqdim etmək;
- Rəhbərliyin tapşırıqlarını və digər administrativ işləri vaxtında və düzgün yerinə yetirilməsi.
Tələb olunan bilik,təcrübə və bacarıqlar:
- Müvafiq sahədə ən azı 6 aya qədər təcrübə;
- Mükəmməl azərbaycan və ingilis (arzuolunandır) dil bilikləri;
- Yüksək kommunikasiya ilə yanaşı anlama və dinləmə qabiliyyəti;
- Riyazi hesabatlılıq,dəqiqlik və məsuliyyətlilik.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV [email protected] e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Maliyyə operatoru” qeyd olunmalıdır;
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaqdır.