İmtahan Koordinatoru

İşin təsviri

İşin Təsviri:

İmtahan Koordinatoru, Roof Academy İmtahan mərkəzində -müxtəlif növ şirkətdaxili , korporativ imtahanların düzgün və səmərəli şəkildə keçirilməsini təmin edən əsas şəxsdir. Bu vəzifə aşağıdakı məsuliyyətləri əhatə edir:

İmtahanların Təşkili və Keçirilməsi:

  • Satış komandası və kordinatorlar tərəfindən  təyin edilmiş imtahan vaxtlarının və tarixlərinin  sistem üzərindən yoxlanılması və müvafiq siyahıya uyğun olaraq komputerlərin öncədən sazlanması.
  • İmtahan otaqlarının hazırlanması və tələbələrin qəbul edilməsi.
  • İmtahanın əvvəlində tələbələrə qaydaların izah edilməsi və onlara rəhbərlik  edilməsi.
  • İmtahanın gedişatında tələbələrin müşahidə edilməsi və qaydalara riayət  etmələrinin təmin edilməsi.
  • İmtahan sistemi üzrə hər hansı problem yaranarsa menecere melumat verilməsi  və müvafiq tədbirlərin görülməsində iştirak edilməsi.

Nəticələrin Qeydiyyatı və Təhlili:

  • İmtahan nəticələrinin düzgün formada sistemə qeyd olunması.
  • Həftə sonu keçirilən sınaq imtahanlarının təşkili və nəzarət.

İmtahan Materiallarının Təhlükəsizliyi və Məxfiliyi:

  • İmtahan materiallarının təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi.
  • İmtahan materiallarının düzgün, tam və standartlara uyğun şəkildə sistemə  yerləşdirilməsi.

Gündəlik Hesabatların Hazırlanması:

  • Gün ərzində keçirilmiş imtahanlarla bağlı gün sonunda hesabatların hazırlanması və menecere təqdim edilməsi.

Tələblər:

  • Minimum 6 ay təcrübə (üstünlükdür).
  • İngilis dili biliyi (üstünlükdür).
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı.
  • Dəqiq və diqqətli olmaq.
  • Operativ və çevik olmaq.
  • Komanda ilə işləmək bacarığı.
  • Gərgin şəraitdə işləmək qabiliyyəti.
  • Yüksək məntiq və təfəkkür qabiliyyəti.

İş Rejimi:

  • İş saatları: dəyişən iş qrafiki
  • İş rejimi 6 günlük və dəyişən iş qrafik
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

 

Müraciət üçün: https://docs.google.com/forms/d/e/1FAIpQLSd5y5pqZ42GbzeXAgmA0_8yt9DzJ57aPUiz0kRQN2yk5uwIvg/viewform

İşəgötürənin reytinqi

ROOF Academic Training tərəfindən digər vakansiyalar