İşin təsviri
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
Vəzifə öhdəlikləri:
- Gündəlik sifarişlərə uyğun nəqliyyat vasitələrinin ayrılmasının və daxili sistemdə qeydiyyatının aparılmasının təmin edilməsi;
- Sürücülərə təhkim olunan nəqliyyat vasitələrinin gündəlik vizual yoxlanışının sürücülər tərəfindən icra edilməsinə nəzarətin təmin edilməsi və texniki təmir-bərpa işlərinə dair zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
- Şirkətinin hər bir nəqliyyat vasitəsi üzrə “Şirkətin avtoparkında istifadədə olan nəqliyyat vasitələri üzrə aylıq hesabat” formasında elektron qaydada qeydlər tarixçəsinin aparılmasının və bu qeydlərin avtomobilin bütün istifadə müddəti ərzində saxlanılmasının təmin edilməsi;
- Şirkətin mülkiyyətində olan bütün nəqliyyat vasitələrinin sürücülər tərəfindən təmiz və səliqəli saxlanılmasına nəzarətin təmin edilməsi;
- Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin Mülki Məsuliyyətin İcbari Sığortası və Könüllü (KASKO) sığortaları ilə təmin edilməsinin və onların nəzarətdə saxlanılmasının təmin edilməsi;
- Şirkətə məxsus nəqliyyat vasitələrinin cəlb olunduğu hər hansı yol-nəqliyyat hadisəsi ilə bağlı 24 saat ərzində təsdiq olunmuş “Hadisənin ilkin bildiriş forması”nın hazırlanmasının və bilavasitə rəhbərə, həmçinin Cəmiyyətin SƏTƏMM şöbəsinə təqdim edilməsinin təmin edilməsi;
- Hər bir nəqliyyat vasitəsinin Şirkətə ayrılmış parklanma yerlərində düzgün və səmərəli şəkildə saxlanılmasının təmin edilməsi;
- Yanacaq kartlarının Şirkətə məxsus hər bir nəqliyyat vasitəsinə təhkim edilməsinin və həmin kartlar vasitəsilə xidməti nəqliyyat vasitələrinin yanacaqla təmin edilməsinin təmin edilməsi;
- Ümumi istifadədə olan nəqliyyat vasitələrinə GPS avadanlıqları vasitəsilə sürət limitinin təyin edilməsinin və buna dair nəzarətin təmin edilməsi;
- Şirkətə məxsus və ümumi istifadə edilən nəqliyyat vasitələrinə aid cərimələrin vaxtında qüvvəyə minməsi və ödənilməsinə nəzarətin təmin edilməsi məqsədilə DYP/BNA tərəfindən daxil olan bütün sorğuların sürücülərə dair məlumatlar elektron şəkildə göndərilməklə cavablandırılmasının təmin edilməsi;
- Şirkətə məxsus və ümumi istifadədə olan nəqliyyat vasitələrinin “smsradar.az” və “portal.com.az” platformalarına qoşulmasının və davamlı izlənilməsinin təmin edilməsi;
- Şirkətin ERP platformasında işçilər tərəfindən qaldırılmış ezamiyyət tələblərinin izlənilməsinin və emal edilməsinin təmin edilməsi;
- Azərbaycan Respublikasının ərazisi daxilində və xaricində ezamiyyətlərin təşkil edilməsinin təmin edilməsi;
- Daxili və xarici logistika (yükdaşıma) məsələlərinin icra olunmasının və tam koordinasiya edilməsinin təmin edilməsi.
- Rəhbərlik tərəfindən daxil olan və İnzibati İşlər şöbəsinin fəaliyyət sahəsinə aid bütün məsələlər üzrə dəstək göstərilməsinin təmin edilməsi.
Namizədə aid tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (Logistika, Nəqliyyat İdarəçiliyi, Biznesin təşkili və s. üzrə);
- Oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi;
- Nəqliyyat parkının idarə olunması, sürücülərin koordinasiyası və marşrut planlaması sahəsində təcrübə;
- Nəqliyyat sektorunun idarəetmə sistemləri, daxili prosedurlar və təhlükəsizlik qaydaları üzrə biliklər;
- Avtomobil texnikasının əsas anlayışlarını bilməli (texniki xidmət intervalları, nasazlıqların ilkin diaqnostikası və s.);
- Marşrut optimizasiyası və yanacaq sərfiyyatının idarə olunması üzrə anlayışlar;
- Nəqliyyatla bağlı sənədləşmə (yol vərəqələri, əməliyyat aktları, xərclər və s.) sahəsində bilik;
- Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı), İngilis dili (arzuolunan);
- MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;
- 1C proqramında işləmə bacarığı;
- GPS izləmə sistemləri ilə işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə, Stresə davamlılıq.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri (Ezamlara hazır olmaq)
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Nəqliyyat koordinatoru” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.