İşin təsviri
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarını təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək;
- Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək;
- Xidməti tapşırığı yerinə yetirmək üçün rayonlara ezama getmək;
- Sürücülük ilə heç bir əlaqəsi olmayan məsələ və ya məlumatlar ilə bağlı məxfiliyin qorunub saxlanmasını təmin etmək.
Namizədə aid tələblər:
- Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə;
- Sürücü kimi əvvəlki iş yerlərində minimum 3 il təcrübəyə malik olmaq;
- Dəyişkən iş mühitində təzyiq altında çalışmaq və hər zaman səbr və təmkinliyini qoruyub saxlamaq.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri: Bakı şəhəri (Ezamlara hazır olmaq)
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz.