Sürücü

İşin təsviri

İş Elanı

  • Şirkətimizin gündəlik fəaliyyətinə dəstək göstərmək məqsədilə, şirkət avtomobilinin idarə olunması, sifariş və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılması, avtomobilin texniki vəziyyətinə daimi nəzarət, həmçinin rəhbərliyin verdiyi tapşırıqların operativ və məsuliyyətlə icrası üçün komandamıza qatılacaq peşəkar, məsuliyyətli və işgüzar sürücülər axtarırıq.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük (09:00–18:00)
  • Əmək haqqı: 500-700 azn, tələb olunan bilik və bacarıqlarına görə dəyişəcək.

Vəzifə öhdəlikləri

  • Şirkət tərəfindən təhkim olunmuş avtomobil ilə sifarişlərin və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
  • Yüklərin və sənədlərin bütövlüyünü və məxfiliyini qorumaq, təhvil-təslim proseslərini düzgün, daxili qaydalara və təlimatlara uyğun həyata keçirmək;
  • Rəhbərliyin tapşırığına əsasən qonaqların qarşılanmasını və onların təhlükəsiz, etik və yüksək xidmət mədəniyyətinə uyğun şəkildə təyinat yerinə çatdırılmasını təmin etmək;
  • Müəyyən edilmiş cədvələ uyğun olaraq şirkət əməkdaşlarının və digər müvafiq şəxslərin təyin olunmuş marşrutlar üzrə vaxtında və təhlükəsiz daşınmasını həyata keçirmək;
  • Daşınma zamanı punktuallığa, nəzakətli davranış qaydalarına və konfidensiallığa riayət etmək;
  • Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
  • Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
  • Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
  • Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
  • Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
  • Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqla

  • Yaş həddi: 30 - 45
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
  • Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir;
  • Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı;
  • Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
  • Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq;
  • Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır);
  • Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
  • Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı;
  • Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Sürücü” yazaraq göndərmələri xahiş olunur. 

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.