Mühasib köməkçisi – Mütəxəssis

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük (09:00–18:00)
  • Əmək haqqı: 500-600 manat, tələb olunan bilik və bacarıqlara görə müəyyən olunur. 

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu əməliyyatlarının aparılmasında baş mühasibə dəstək göstərmək;
  • Müvafiq mühasibatlıq əməliyyatlarının “1C 8.3” proqramında həyata keçirilməsi;
  • Gündəlik maliyyə sənədlərinin (qaimə, hesab-faktura, müqavilə və s.) düzgün tərtibi və sistemə daxil edilməsini təmin etmək;
  • Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin hazırlanması və arxivləşdirilməsində iştirak etmək;
  • Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında dəstək vermək;
  • Mal-material, əsas vəsait və inventar uçotunun aparılmasında iştirak etmək;
  • Aylıq gəlir-xərc və debitor-kreditor hesabatlarının hazırlanmasında köməklik göstərmək;
  • Elektron qaimələrin və e-taxes.gov.az, e-gov.az portallarında əməliyyatların yerinə yetirilməsində iştirak etmək;
  • Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və düzgün saxlanılmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq və inzibati tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil – maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə;
  • Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (praktika və ya köməkçi səviyyəsi qəbul edilir);
  • 1C 8.3 mühasibat proqramında işləmək bacarığı (mütləq üstünlük);
  • Microsoft Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərindən birində ilkin səviyyədə bilik arzuolunandır;
  • Dəqiqlik, məsuliyyət, vaxtında icraetmə və komandada işləmək bacarığı;
  • Yüksək etik standartlar və konfidensial məlumatlarla işləmə bacarığı;
  • Öyrənməyə açıq və təşəbbüskar yanaşma.

Müraciət qaydası:

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Mühasib köməkçisi” yazaraq göndərmələri xahiş olunur. 

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.