İşin təsviri
Vəzifə öhdəlikləri:
- Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Davamiyyətlərə nəzarəti həyata keçirtmək;
- Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlamaq, imzaya təqdim etmək, qeydiyyata almaq;
- Kadr sənədlərinin qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşımaq;
- Tabel uçotu, məzuniyyət qrafikinin tərtibatı və icrasını həyata keçirmək;
- Əmək kitabçalarının qəbulu, doldurulması və saxlanılmasını təmin etmək;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilməsi və s. sənədləri rəsmiləşdirilmək;
Tələblər:
- Rəhbərlik tərəfindən verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.
- Əmək qanunvericiliyinin əsasları
- Üzərinə məsuliyyət götürmək bacarığı
- Əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını
- Operativlik, dəqiqlik və səliqə
- Komandada işləmək bacarığı və kommunikativlik
- Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə;
- Qanunvericiliyə riayət etmək və daxili normativ tələblərə hörmət;
- Təşəbbüskarlıq və həll tapma, işini planlaşdıra bilmə qabiliyyəti, problemləri həll və analiz etmək, işə konsentrasiya olmaq və nəticəyə fokuslanmaq, təzyiq şəraitində işləmə bacarığına malik olmaq.
- Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər:
- Ali təhsil
- MS Office proqramları,
- İş rejimi - həftədə 6 günlükdür
- İş saatları - 09.00-18.00
- 1 saatlıq nahar fasiləsi
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Namizədlərdən şəkilli CV-lərini “İnsan resursları üzrə mütəxəssis” mövzusu ilə elektron ünvanına, əmək haqqı tələbləri göstərilməklə göndərməyiniz xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.