İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bina və obyektlərdə elektrik naqillərinin quraşdırılması və lazım gəldikdə hər hansı elektrik işlərinə rəhbərlik.
- Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmiri ilə bağlı məsləhətlərin və təlimatların verilməsi
- Bina içi elektrik xətlərin çəkilişinin həyata keçirilməsi.
- Torpaq altı kabel xətlərinin çəkilişi.
- Kabel kanalların çəkilişi;
- Sahədə aparılan Elektrik işlərinə nəzarət etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək.
- Nasazlığın təyin edilməsi və aradan qaldırılması;
- Tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun
- layihələrin təminatı üçün texniki dəstək;
- Elektrik təchizatı üzrə sınaq və yoxlamalar aparmaq.
- Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək
- Elektrik təchizatı üzrə sənədlərin və hesabatların tərtib edilməsi.
- Layihələrin uğurla, vaxtında və büdcə çərçivəsində aparılmasına nəzarət.
Namizədə dair tələblər:
- Elektrik sahəsi üzrə ali təhsil
- Tikinti sahəsi üzrə 5 ildən yuxarı təcrübə
- Zəif axım sistemləri üzrə (CCTV, SMATV, İntercom,Yanğın) bilik və təcrübəsi olan.
- Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı
- Hesabat hazırlama və analiz etmə bacarığı.
- Autocad proqramında işləmə bacarığı.
Namizədlərdən şəkilli CV-lərini “Elektrik mühəndisi” mövzusu ilə elektron ünvanına, əmək haqqı tələbləri göstərilməklə göndərməyiniz xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.