Satınalma üzrə mütəxəssis

  • Rockvel
  • Elanın qoyulma tarixi: 08.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək
  • Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək.
  • Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması
  • Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək
  • Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün ən rəqabətə davamlı qiymətləri əldə etməklə, xərclərinin minimuma endirilməsini təmin etmək. Bu məsələyə departament rəhbəri və müavinin verdiyi təlimatla nail olmaq.
  • Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və sənədləşmə işlərinin aparılması.
  • Departament rəhbəri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.

Namizədə olan tələblər:

  • Təhsil: Müvafiq və ya bənzər sahə üzrə Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili B1
  • İT biliklər: MC Excel əla, MC Word əla.
  • İş təcrübə: Müvafiq sahə üzrə minimum 1il
  • Digər: Cost Controller fəaliyyəti göstərmiş namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • 6 günlük iş qrafiki 09:00-dan 18:00-a qədər
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • Əmək haqqı: Müsahibə əsasında.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını  mövzu yerində “Satınalma üzrə mütəxəssis” mövzusu ilə elektron ünvanına, əmək haqqı tələbləri göstərilməklə göndərməyiniz xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.