Satınalma şöbəsinin mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 05.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Satınalma şöbəsində şirkətin bütün siyasətləri, prosedurları və standartlarına riayət etmək
  • Tədarük prosesində ən sərfəli qiymətləri əldə etmək üçün rəqabətə davamlı kommersiya təklifləri əldə etmək.
  • Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması
  • Malların müəssisələr çərçivəsində hərəkətinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək məqsədilə daxili nəzarət siyasətləri və prosedurlarını yerinə yetirmək
  • Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
  • Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
  • Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və sənədləşmə işlərinin aparılması

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.  
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta.  
  • Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün ERP sistemlərini bilmək.
  • Kompüter bilikləri: MS Excell: əla.
  • Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, keyfiyyət yönümlülük. Analitik düşüncə, məsuliyyətli, dəqiq, yüksək kommunikasiya və komanda işi bacarıqları.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi