Çağrı mərkəzi üzrə koordinator

İşin təsviri

Əmək haqqı: 500-600 AZN

Tələblər:

  • Təhsil: Ali
  • Namizəd: Xanım / Bəy (xanımlara üstünlük verilir)
  • İş təcrübəsi: 1 ildən çox
  • Yaş həddi: 22 – 35
  • Dil bilikləri: Rus dili və Azərbaycan
  • Ofis proqramlarında çalışa bilmə qabiliyyəti, ünsiyyətcil və komanda ilə çalışa bilən

Vəzifələr:

  • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi;
  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
  • Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək, yaranan problemlərin həll olunmasında köməklik göstərmək;
  • Müştərilərin istəklərini qeydə alınması və müvafiq şöbəyə yönləndirilməsi;
  • Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;
  • Müştəri məmnuniyyət sorğu və zənglərinin keçirilməsi.

İş şəraiti:

  • AR əmək məcəlləsinə əsasən sənədləşmə; 
  • İş qrafiki: bazar ertəsi - cümə, iş saatı: 09:00 - 18:00;
  • Karyerada inkişaf imkanları.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına mövzu hissəsinə “Çağrı mərkəzi üzrə koordinator” qeyd edərək göndərə bilərlər.