Rezervasiya üzrə nümayəndə

İşin təsviri

Ünvan: Neftçilər prospekti 153, PBT  

Hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə  ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

  • Telefon, faks və e-poçt sorğularını operativ və peşəkar bir şəkildə  cavablandırmaq və şirkət standartlarına uyğun olaraq təmin etmək;
  • Müxtəlif qiymətlər haqqında dəqiq məlumata malik olmaq və bu qiymətləri düzgün tətbiq etmək;
  • CRS sistemi vasitəsilə rezervasiyalarda dəyişikliklər etmək, rezervasiyaları ləğv etmək, təsdiq məktublarını e-poçt vasitəsi ilə göndərmək;
  • Mövsümi və statistik tendensiyaları anlamaq və maksimum doluluq və qiymət siyasətinə uyğun olaraq sorğuları cavablandırmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında qonaqlara düzgün informasiya verə bilmək;
  • Gəliri maksimuma çatdırmaq üçün qonaqlarla əlaqələr qurmaq, həmin əlaqələri inkişaf etdirmək;
  • Müştəri məmnuniyyətini mütəmadi olaraq izləmək və gələcək işini təmin etmək üçün mürəkkəb problemləri həll etmək;
  • Mehmanxanada və mehmanxananın olduğu ərazidə təşkil edilən tədbirlər barədə məlumata malik olmaq.    

Namizədə tələblər:

  • Bakalavr dərəcəsi, (qonaqpərvərlik sahəsində ixtisas dərəcəsi olan namizədə üstünlük veriləcəkdir);
  • Azərbaycan və Rus dilində səlis danışmaq; İngilis dili arzu olunandır;
  • Daha əvvəl eyni sahədə təcrübə; Ön büro təcrübəsi arzu olunandır;
  • Bir neçə tapşırığı eyni zamanda təhlil etmək və idarə etmək bacarığı;
  • Yaxşı yazılı və şifahi ünsiyyətə malik olmaq;
  • Ofis proqramlarında işləmək bacarığı və Opera PMS-də təcrübənin olması;

İşçinin təminatları:

  • Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif  müəssisələrdə karyera davamı imkanı;                   
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;

İş yeri – Badamdar Estates Hotel

İş rejimi – Növbəli

  • 1 -ci növbə 08:00 – 17:00
  • 2 -ci növbə 09:00 – 18:00
  • 3 -cü növbə 11:00 – 20:00
  • 4 -cü növbə 13:00 – 22:00

Axşam növbəsi (saata 22:00-da iş saatı bitən) olan əməkdaşlar servislə təmin olunur. Taksi Elmlər Akademiyası metrosuna kimi çatdırır.

Nahar şirkət tərəfindən təmin olunur.

İstirahət günləri – Həftədə 2 gün növbəli şəkildə. Qeyri-iş günlərində də növbəli iş qrafiki tətbiq olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Rezervasiya üzrə nümayəndə” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

İşəgötürənin reytinqi