İşin təsviri
                
                
                                
                İş haqqında məlumat:
	- Oteldə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq. 
- Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq. 
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq. 
- Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “PMD Hospitality Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
- Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq. 
- Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək. 
- Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək. 
- Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə direktora təqdim etmək. 
- Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək. 
- Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq. 
- Yerli otel və idarəetmə siyasətlərinə uyğun olaraq bütün digər otel qeydləri və formalarını saxlamaq. 
- Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək. 
- Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq. 
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
- Məhsula dair bilikləri daima yeniləmək.
 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə menecer” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.