İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müştərilərə müraciət etmək və birbaşa Satışlar üzrə müdirə hesabat vermək.
- Bir sıra müştərilərlə yaxşı münasibət təşkil etmək və saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla, işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq; bu məlumatı “Opera” satış sistemi vasitəsilə izləmək.
- Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
- Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
- Göstərişlərinə əməl etməklə, həftəlik görüş planını Satışlar üzrə müdirə təqdim etmək.
- Satışlar üzrə müdirin əvvəlcədən razılığını almaqla, lazım olduqda əsas müştəriləri görüşmək.
- Yerli otel və idarəetmə siyasətlərinə uyğun olaraq bütün digər otel qeydləri və formalarını saxlamaq.
- Məhsula dair bilikləri daima yeniləmək
- “Opera” proqramının istifadəsinə dair əməliyyat standartlarına əməl etmək
- Bazar tələbləri və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.
- Rəqiblərin satış kampaniyaları və fəaliyyətlərinin monitorinqini və təhlilini aparmaq.
- Ara sıra Şamaxıda olan hotelə getməyə hazır olmaq.(Gediş gəliş qalma hotel tərəfindən qarşılanır)
Tələb olunanlar:
- Sahə üzrə 2 il təcrübə
- İngilis dili
- Rus dili
- Opera proqramından sərbəst istifadə bacarığı
Təminatlar:
- Mobil telefon
- Sim nömrə
- Qrupa daxil olan hotellərdə endirim
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış üzrə məsul şəxs” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.