Baş mühasib

İşin təsviri

Əsas öhdəliklər:  

  • Mühasibatlıq şöbəsini idarə etmək və öz tabeliyində olan bütün mühasibatlıq əməkdaşlarının vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malik olmaq.
  • Maliyyə Nəzarətçisinə yerli rəhbərlik, ərazi üzrə ofis və rəhbərlər tərəfindən tələb olunan bütün həftəlik/aylıq/illik maliyyə və statistik hesabatların hazırlanmasında kömək etmək.
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək.
  • Mühasibatlıq sistemləri, siyasət və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli siyasətlər ilə yaxından tanış olmaq.
  • Hotel çərçivəsində bütün maliyyə əməliyyatları üçün müşayiətedici sənədləri və həyata keçirilmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlamaqla, bu siyasət və prosedurlara riayət olunduğunu təmin etmək.
  • Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlamaq və aparmaq və bunları hər ay bütün müşayiətedici sənədlər ilə birlikdə yoxlamaq üçün Maliyyə Nəzarətçisinə təqdim etmək.
  • Maliyyə Nəzarətçisinə büdcə və proqnozların hazırlanmasında kömək etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olmaq.
  • Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtlı-vaxtında təqdim edilməsini təmin etmək.
  • Maliyyə Nəzarətçisi iş başında olmadıqda onu əvəz etmək.

Namizədə tələblər:

  • Maliyyə, Mühasibat uçotu və Audit, İqtisadiyyat üzrə ali təhsil;
  • Hotel sahəsində maliyyə təcrübəsi arzuolunandır;
  • Mühasibat uçotu və hesabatlıq üzrə  yüksək biliklər; 
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
  • AR Vergi və Əmək məcəllələri, AR Mühasibat uçotu haqqında qanun  üzrə fundamental biliklər;

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

İşəgötürənin reytinqi