İnzibati işlər şöbəsinin müdiri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətin əsas inzibati binasının məqsədyönlü, səmərəli istismarını və ona gündəlik qulluğu təşkil etmək;
  • Cəmiyyətdə nəqliyyat, təmizlik və anbar xidmətlərini sistemli şəkildə təşkil etmək;
  • Cəmiyyətdə sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı işləri təşkil etmək;
  • Avadanlıq, inventar, material və ləvazimatlarla təchiz etmək;
  • Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Cəmiyyətin əsas inzibati binasında su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil etmək;
  • Cəmiyyətin əsas vəsaitlərinin, azqiymətli və tezköhnələn inventarlarının və digər mal-materialın inventarlaşmasında iştirak etmək;
  • Cəmiyyətin cari və əsaslı təmiri zamanı işlərin keyfiyyətli aparılmasına nəzarət etmək, yerinə yetirilmiş təmir işlərini qəbul etmək;
  • Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, büdcənin hazırlanmasında iştirak etmək, təsdiq olunmuş planların icrasını təmin etmək;
  • Mədəni - kütləvi və digər tədbirləri hazırlamaq və keçirilməsində təşkilati və texniki yardım göstərmək;
  • Şöbəyə daxil olan müraciət və sorğulara cavablar hazırlamaq.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnzibatı işlər sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
  • Üstünlüklər: Korporativ sektorda çalışma bacarığı və rəhbər vəzifələrdə təcrübə olanlara üstünlük veriləcəkdir.
  • Kompüter bilikləri: MS Office: əla

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi