Satış və müştərilərlə iş üzrə mütəxəssis (Hava Limanı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəri bazasını yaratmaq və daima yeniləmək; 
  • Müştəri bazasını genişləndirmək üçün bazar araşdırması aparmaq və potensial müştəriləri müəyyənləşdirərək əməkdaşlığa cəlb etmək üçün əlaqələr qurmaq;
  • Biznes partnyorlarla yüksək səviyyədə münasibətlərin qurulması üçün tədbirlər görmək, onların sorğularını qəbul etmək və təhlil etmək;
  • Biznes partnyorlara yeni biznes təkliflər hazırlamaq, onların təkliflərini qiymətləndirmək, müqavilələrin hazırlanması prosesində iştirak və işçi qrupun işini koordinasiya etmək;
  • Yeni xidmət paketlərini hazırlamaq;
  • Satışları artırmaq, müştəri məmnunluğunu təmin etmək üçün aşağı tələbat dövründə və bayram günlərində tətbiq edilməsi üçün kampaniyalar, promo aksiya təklifləri hazırlamaq.
  • Biznes analitikin təklif etdiyi xidmətlərə və məhsullara olan tələbatı qiymətləndirmək;
  • Xidmətin keyfiyyətin yoxlanılması üçün fərdi sifarişçilər, korporativ müştərilər, sərnişinlərdən daxil olan rəy və təklifləri öyrənmək, uyğunsuzluqlar barədə məlumatları əldə etmək və inkişaf etdirilməli olan proseslərin və imkanları müəyyən etmək;
  • Ödənilmiş məbləğlərin geri qaytarılması barədə vətəndaşların müraciətlərinin prosedur tələblərinə uyğun araşdırılması və rəhbərliyə arayışların təqdim edilməsi;
  • Sifarişlərin idarə olunması prosedurunda göstərilmiş qayda və tələblərə əsasən 1C ERP Proqramında bütün bölmələrində (xidmət yeri və xidmət paketləri nəzərdə tutulur) sifarişlərin düzgün rezervasiya, emal və icra edilməsini, məlumatların sifarişçi sorğularına uyğunluğunu, şərh bölməsinə əks olunan qeydləri yoxlamaq;

Namizədə tələblər:

  • Orta təhsil;
  • Sahə üzrə ən azı 2 il təcrübə;
  • Azərbaycan, rus və ingilis dillərində yaxşı danışıq qabiliyyəti (B1-B2);
  • Müştəri ilə işləmə bacarığına sahib olmaq;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Dinləmə, inandırma və münaqişələrin həlli bacarıqları;
  • MS Office proqram bilikləri (word/excel).

Əmək şəraiti:

  • Əmək haqqı: 950 AZN (gross);
  • İş rejimi: 5 günlük iş rejimi (09:00-18:00)
  • Nahar və nəqliyyat təmin edilir;
  • Heydər Əliyev Beynəlxalq Hava Limanı, Terminal 2.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış və müştərilərlə iş üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

VIP Xidmətlər Qrupu MMC tərəfindən digər vakansiyalar