İşin təsviri
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin uçota alınması, amortizasiya olunması və balansdan çıxarılması əməliyyatlarının icra edilməsi, təmir xərclərinin hesablanması;
- İdxal olunan malların YGB-lərinin işlənilməsi, qanunvericiliyə uyğun olaraq malların maya dəyərinin hesablanması;
- Müəssisənin təsərrüfat fəaliyyətindən irəli gələrək mükəlləf olduğu Vergi, DSMF və statistika hesabatlarının hazırlanması;
- Müəssisənin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;
- Mal-material qiymətlilərinin, eləcədə əsas vəsaitlərin inventarizasiyasını təşkil etmək və nəticələrini qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirərək uçotda müvafiq düzəlişlər vermək;
- Müəssisəyə daxil olan və müəssisədə hazırlanan ilkin maliyyə sənədlərinin “1C Mühasibat uçotu” proqramına vaxtında daxil edilməsi;
- Müəssisənin təqdim etdiyi mal və xidmətlər haqqında təqdim edilmiş aktlara əsasən hesabların vaxtında hazırlanmasının və kontragentlərə vaxtında təqdim edilməsinin təmin olunması;
- Struktur bölmələr üzrə ay ərzində istifadə olunmuş mal-material ehtiyyatlarının silgilərinin aparılması və ay sonu xərclərin bağlanılması;
- Debitorlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanmasın və kontragentlərə vaxtında təqdim olunmasının təmin edilməsi, debitor borcların müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənilməsinin təmin edilməsi;
- Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə hesablaşma hesablarından və o cümlədən ƏDV sub-uçot hesabından əsas və ƏDV məbləğinin dövlət büdcəsinə və kontragentlərə vaxtında ödənilməsinin təmin edilməsi;
Vəzifə tələbləri:
- 25-40 yaşa qədər;
- Ali mühasibat/maliyyə/iqtisadi təhsil;
- Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
- 1C-də bütün vergi hesabatlarının və dövlət hesabatlarının hazırlanması üzrə praktiki biliklər;
- MS Office proqramları, təkmil Excel biliyi, 1C Mühasibatlıq 7.7, 8.2 bilikləri;
- Müvafiq sertifikatların olması üstünlükdür;
- Azərbaycan dilində səlis danışıq bacarığı. İngilis və rus dillərini bilmək arzuolunandır.
Əmək şəraiti:
- Əmək haqqı: 900 AZN;
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
- Nəqliyyat və naharla təmin etmə.
Uyğun şəxslər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.