Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əsas vəsaitlərin uçota alınması, amortizasiya olunması və balansdan çıxarılması əməliyyatlarının icra edilməsi, təmir xərclərinin hesablanması;
  • İdxal olunan malların YGB-lərinin işlənilməsi, qanunvericiliyə uyğun olaraq malların maya dəyərinin hesablanması;
  • Müəssisənin təsərrüfat fəaliyyətindən irəli gələrək mükəlləf olduğu Vergi, DSMF və statistika hesabatlarının hazırlanması;
  • Müəssisənin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi;                                        
  • Mal-material qiymətlilərinin, eləcədə əsas vəsaitlərin inventarizasiyasını təşkil etmək və nəticələrini qanunvericiliyə uyğun aktlarla rəsmiləşdirərək uçotda müvafiq düzəlişlər vermək;
  • Müəssisəyə daxil olan və müəssisədə hazırlanan ilkin maliyyə sənədlərinin “1C Mühasibat uçotu” proqramına vaxtında daxil edilməsi;
  • Müəssisənin təqdim etdiyi mal və xidmətlər haqqında təqdim edilmiş aktlara əsasən hesabların vaxtında hazırlanmasının və kontragentlərə vaxtında təqdim edilməsinin təmin olunması;
  • Struktur bölmələr üzrə ay ərzində istifadə olunmuş mal-material ehtiyyatlarının silgilərinin aparılması və ay sonu xərclərin bağlanılması;
  • Debitorlarla qarşılıqlı üzləşmə aktlarının hazırlanmasın və kontragentlərə vaxtında təqdim olunmasının təmin edilməsi, debitor borcların müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənilməsinin təmin edilməsi;
  • Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə hesablaşma hesablarından və o cümlədən ƏDV sub-uçot hesabından əsas və ƏDV məbləğinin dövlət büdcəsinə və kontragentlərə vaxtında ödənilməsinin təmin edilməsi.

Əmək şəraiti:

  • Əmək haqqı: 1100-1400 AZN (gross); 
  • İş rejimi: 5 günlük (09:00-18:00); 
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı;
  • Nəqliyyat və naharla təmin etmə.

Tələblər:

  • 25-40 yaşa qədər;
  • Ali mühasibat/maliyyə/iqtisadi təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməli;
  • 1C-də bütün vergi hesabatlarının və dövlət hesabatlarının hazırlanması üzrə praktiki biliklər;
  • MS Office proqramları, təkmil Excel biliyi, 1C Mühasibatlıq 7.7, 8.2 bilikləri;
  • Müvafiq sertifikatların olması üstünlükdür;
  • Azərbaycan dilində səlis danışıq bacarığı. İngilis və rus dillərini bilmək arzuolunandır.