Çağrı mərkəzi operatoru

İşin təsviri

Tələblər:

  • Təhsil: Orta ixtisas, natamam ali, ali təhsilli;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl bilmək, rus dili (arzuolunandır);
  • Təcrübə: Müvafiq vəzifə üzrə 6 (altı) ay iş təcrübəsi (arzuolunandır);
  • Komputer bilikləri: Yüksək səviyyədə Excel biliyi; ERP sistemləri ilə bağlı ümumi anlayış;
  • Şəxsi keyfiyyətlər: Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti;
  • Kompyuterdə çevik işləmə qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  • Müraciət edən müştərilərə Müəssisənin məhsulları və xidmətləri haqqında tam olaraq məlumatlandırılması və müştərilərin müvafiq suallarına ən uyğun formada ətraflı cavab verilməsi, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək.
  • Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına (müəyyən edilmiş “Script”-ə) uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması. Müştəri müraciətlərinin qəbulunda stress, qəzəb və ya digər mübahisəli ünsürlərin yaranması zamanı təmkinliklə, dolğun məlumatlandırmanı təmin etmək.
  • Sorğuların, şikayətlərin, iddiaların sonrakı baxılması üçün vaxtında və düzgün yönləndirilməsi və müvafiq şöbələrə yenidən bölüşdürülməsi. 
  • Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll edilməsi.
  • Müştərilərin şəxsi kabinet əməliyyatları üzrə və kart hesabların (IBAN) informasiyası və konsultasiyası ilə təmin edilməsi.

İmtiyazlar: 

  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (işə başladığdan 3 ay sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi;

İş vaxtı: 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək);

Əmək haqqı: 500 AZN + 550 AZN KPI bonus;

Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd edərək elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.