İnsan Resursları üzrə Mütəxəssi̇s

  • Mari Vanna Baku
  • Elanın qoyulma tarixi: 15.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin  hazırlanması və bildirişlərin elektron sistemə işlənilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması və lazım olduqda dəyişikliklərin edilməsi; 
  • Əmək kitabçalarında qeydlərin aparılması; 
  • Məzuniyyət uçotunun aparılması və cədvəl üzrə istifadə edilməsinə nəzarət olunması; 
  • İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarətin həyata keçirilməsi;
  • İççi ehtiyacına olan tələbatın təmin edilməsi (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi);
  • Əcnəbi işçilərə iş və müvəqqəti yaşayış icazəsinin alınması üçün  sənədlərin toplanması, qeydiyyatı və digər prosedurlarn (dəvət, bilet, yerləşdirmə və s.) həyata keçirilməsi;
  • İRİ ilə bağlı müvafiq hesabatların təqdim edilməsi; 
  • İşçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət olunması və aylıq tabellərin hazırlanması. 

Tələblər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək; 
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Elektron sistemlərdə (emas.sosial.gov.az və isb.az və s.) işləmək bacarığı;
  • Azərbaycan və Rus dili əla, İngilis dili arzuolunandır;
  • Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
  • Ünsiyyət qurma bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Detallara xüsusi diqqətlilik.

İş şəraiti:

  • İş qrafiki: 5/2 saat 09:00-18:00;
  • Şirkət tərəfindən nahar.

Uyğun gələn namizədlərdən CV-ni məktubun mövzu yerində “İR üzrə mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərmək xahiş olunur.