İnsan resursları əməliyyatları üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin həyata keçirilməsi; 
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qorunmasının təmin edilməsi; 
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işlənilməsi; 
  • Şöbənin fəaliyyəti çərçivəsində proseslərin avtomatlaşdırılmasında iştirak edilməsi;
  • Şöbə üzrə müvafiq qaydaların işlənilməsi, təkmilləşdirilməsi prosesində iştirak edilməsi və tətbiqinin təmin edilməsi; 
  • Kadr əməliyyatlarına dair görülən işlərlə bağlı müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə);
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli; 
  • İnsan resurslarının idarəolunması, prosedurları haqqında biliklərə sahib olmalı;
  • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatlardan anlayışlı olmalı;
  • Namizədlərin İngilis dili biliyinin olması arzuolunandır;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Problem həlletmə;
  • Kommunikabellilik;
  • Diqqətlilik.

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 01.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.