Biznesin inkişafı üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Fəaliyyət istiqamətləri üzrə araşdırmalar aparmaq; 
  • Hədəf qruplar üçün yeni və yaradıcı satış və marketinq təklifləri hazırlamaq;
  • Satış həcminin artırılması məqsədilə layihələr üzrə görülməsi nəzərdə tutulan işləri icra etmək; 
  • Marketinq komandası ilə yaxın işbirliyi içində çalışaraq gəlir artımı hədəflərinə çatmaq; 
  • Müştəri ehtiyaclarını anlamaq və müştəri məmnuniyyətini artırmağa yönəlik həllər təklif etmək; 
  • Yeni potensial əməkdaşlıqlar üçün imkanlar tapmaq və təkliflər irəli sürmək; 
  • Biznes strategiyasının inkişafında və icrasında iştirak etmək;
  • Müəyyən edilmiş xidmət standartlarına uyğun gərəkli sənədləşməni aparmaq; 
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğulara qanunverciliyə uyğun olaraq cavablandırmaq.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 2  il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • Biznesin idarə olunması və təşkilinə dair biliklərə sahib olmalı;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalarını yaxşı bilməli.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 02.05.2024-cü il tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.