İstedadların İdarə edilməsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Xidməti fəaliyyətin idarə edilməsi prosesinin ( hədəflərin müəyyən edilməsi, monitorinqi, qiymətləndirilməsi, nəticələrin idarə olunması, əməkdaşların təlimatlandırılması və prosesin icrasında dəstək göstərilməsi) həyata keçirilməsi;
  • Kritik vəzifə və işçilərin təyin olunması, davamçıların müəyyən olunması prosesinin həyata keçirilməsi;
  • Təlim və inkişaf mərkəzi ilə sıx əməkdaşlıq edərək davamçıların inkişaf proqramlarının hazırlanması və icrasına nəzarət edilməsi;
  • Karyera inkişafı xəritəsinin hazırlanması prosesində iştirak;
  • İşçilərin attestasiyası prosesinin təşkil edilməsi, təhlillərin  aparılması və icrasının təmin olunması;
  • Yeni işə qəbul olan əməkdaşlar üçün sınaq müddəti hədəflərinin müəyyən edilməsinin təmin olunması və izlənilməsi;
  • İstedadların idarə edilməsi üzrə layihələrdə iştirak;
  • İstedadların idarə edilməsi istiqamətində təlimat və qaydaların hazırlanması;
  • Müvafiq olaraq hesabat və təqdimatların hazırlanması

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali təhsil;
  • Istedadların İdarə edilməsi sahəsi üzrə 2 il təcrübə;
  • Analitik düşünmə, araşdırma aparma bacarığı;
  • MS office  proqramları ilə sərbəst işləmə bacarığı;
  • Azərbaycan və ingilis dillərini səlis bilməli

Əlavə məlumatlar:

  • İş qrafiki – 5 günlük  09:00-18:00;
  • Müsbət və səmərəli iş mühiti;
  • Yemək xərclərinin qarşılanması

Müraciət etmə qaydaları:

Qeyd olunan tələblərə uyğun namizədlərin CV formalarını mövzu yerinə “İstedadların İdarə edilməsi üzrə aparıcı mütəxəssis” yazaraq elektron poçt ünvanına 18 aprel 2024-cü il tarixinə kimi göndərmələri xahiş olunur.