Xidmət keyfiyyətinin ölçülməsi şöbəsinin rəisi

İşin təsviri

İşin təsviri:

  • Sərnişinlərə xidmət strukturlarında göstərilən xidmət və keyfiyyəti ölçmək və qiymətləndirmək; 
  • Sərnişin xidməti strukturlarının xidmət və keyfiyyət göstəricisi üzrə hesabatları hazırlamaq; 
  • Müştəri xidməti strukturlarının məsafədən və yerində monitorinqləri aparmaq; Sərnişinlərə xidmət standartlarına uyğun xidmət göstərilmədikdə araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflər vermək; 
  • Şöbənin fəaliyyətinə dair görülmüş işlər barədə hesabatlar hazırlamaq; 
  • Departamentə daxil olan ərizə, şikayət və təklifləri araşdırmaq və onların həlli istiqamətində işlər aparmaq; 
  • Sərnişinlərə xidmət göstərən əməkdaşların işinə nəzarət etmək, qiymətləndirmək;
  • Sərnişinlərə xidmət göstərən əməkdaşların təlim ehtiyaclarını müəyyənləşdirmək və bu istiqamətdə təkliflər hazırlamaq. 

Tələblər:

  • Ali təhsil ;
  • İş təcrübəsi – 3 il ( sahə üzrə 2 il, rəhbər vəzifədə 1 il) 
  • İngilis dili – yaxşı, rus dili – yaxşı ; 
  • MS Office – yaxşı;
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, analitik düşüncə, problem həlletmə kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
  • Xidmət keyfiyyətlərin ölçülməsi üçün standartların yaradılması üzrə biliklər; 
  • Xidmət keyfiyyətlərin ölçülməsi lə bağlı dünya təcrübəsinə dair biliklər; 
  • Xidmət keyfiyyəti ilə bağlı aşkarlanan qüsur və çatışmazlıqların aradan qaldırılmasına dair biliklər.

Əmək şəraiti:

  • İş qrafiki – 5 günlük  09:00-18:00;
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük

Müraciət etmə qaydaları:

  • Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Son müraciət tarixi : 28.09.2023  ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)