İşin təsviri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 il iş təcrübəsi (logistika üzrə təcrübə üstünlükdür);
- Azərbaycan dilində səlis danışıq (Rus dili biliyi üstünlükdür);
- MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;
- Yüksək səviyyədə kommunikasiya və komanda ilə işləmə bacarığı;
- Məsuliyyətlilik, aktivlik və operativlik.
Vəzifə öhdəlikləri:
- Satışla bağlı sifarişlərin logistika şirkətləri vasitəsilə çatdırılmasının təmin edilməsi və koordinasiyası;
- Mühasibatlıq və anbar arasında satışla bağlı əməliyyatların koordinasiyası;
- Satışla bağlı sənədlərin şöbələr arası düzgün və zamanında mübadiləsinin təmin edilməsi;
- Yol sənədləri, qiymət və razılaşma protokolları , anbar qalıqları və satışla bağlı anbar hesabatları ilə işləmək.
İş şərtlərimiz:
- Əmək haqqı: 637 – 731 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə koordinator” yazaraq göndərmələri xahiş olunur.