Aqronomiya üzrə təcrübə proqramı

  • Agrico
  • Elanın qoyulma tarixi: 06.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təcrübə proqramı ərzində nə əldə edəcəksiniz: 

  • Həm təlim, həm təcrübə əldə edərkən, həm də maddi olaraq qazanma imkanı;
  • Yerli və xarici mütəxəssislərdən öyrənmək fürsəti;
  • Aqronomiya sahəsi üzrə əvəzolunmaz praktiki biliklər və təcrübə;
  • Təhsil aldığınız dövrdə əldə etdiyiniz bilikləri tətbiq etmə imkanı;
  • Mövcud və yeni texnologiyaların tətbiqi ilə yaxından tanış olmaq.

Qeyd: Təcrübə proqramı rəsmidir və əmək haqqı ödənilir.  

Təcrübə proqramı müddətində fərqlənmiş iştirakçılara komandamızın daimi üzvü olmaq təklif olunacaq və Türkiyədə müvafiq sahə üzrə təlimdən faydalanmaq imkanı yaradılacaq. 

Proqramımıza qatılmaq üçün namizədlərə dair gözləntilərimiz:

  • Təhsil: Ali təhsil (aqronomiya, kimya, biologiya, biotexnologiya və ya ekologiya üzrə);
  • Ezamiyyələrə hazır olmalı;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Dil bilikləri: İngilis dili üstünlükdür. 

Bu fürsətdən faydalanmaq istəyən gənclərimizdən elektron poçt ünvanına mövzu hissəsinə “Aqronom Təcrübəçi” yazaraq öz CV-lərini göndərmələrini xahiş edirik.